Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemi verdi

 09:08 12.10.2022     468

Almaniya Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirəcək “IRIS-T” zenit-raket kompleksini Kiyevə təhvil verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Almaniya vəd etdiyi dörd hava hücumundan müdafiə sisteminin birincisini Polşa-Ukrayna sərhədi yaxınlığında Ukraynaya transfer edib.

Sistemin təhvili cari ilin noyabr ayına planlaşdırılsa da, Rusiyanın Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirilməsi prosesi sürətləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən