Erməni general bundan çəkindi

 13:35 12.10.2022     200

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası öz işinə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl Qərargah Rəisləri Komitəsinin Bakıdakı iclasına Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın da gələcəyinə dair məlumat yayılmışdı. Bu gün öz işinə başlayan toplantı iştirakçılarının tərkibindən bəlli olub ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanı Azərbaycana göndərməkdən çəkinib.