Ərdoğanı hava limanında Tokayev qarşıladı

 14:01 12.10.2022     278

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səbəbi başlayıb.

Redaktor.az xəbər verir ki, Türkiyə dövlət başçısını Astanada hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılacaq. O, eyni zamanda, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin VI Zirvə toplantısında iştirak edəcək.

 

Türkiyə liderinin Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.