İranda etirazçı qadın mülki geyimli zabitlər tərəfindən döyüldü - VİDEO

 14:17 12.10.2022     680

İranda etirazçı qadın mülki geyimli zabitlər tərəfindən döyülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bununla bağlı görüntülər Tehranın Azadlıq meydanında keçirilən etiraz mitinqində çəkilib. “Bəsic” qüvvələri nümayəndəsi mülki geyimli qadını yerə yıxaraq təpikləyir, əlindən telefonunu alır.

Görüntülərdə “Bəsic” üzvlərindən birinin ətrafdakıların video çəkməsinə mane olmaq məqsədilə öz çadrasını sipər kimi açması əks olunub.