Ukrayna ordusundan ruslara ağır zərbə - 270 hərbçi MƏHV EDİLDİ

 15:15 12.10.2022     620

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 63380 (+270) nəfər canlı qüvvəsi, 2505 (+1) tank, 5181 (+19) zirehli döyüş maşını, 1507 (+11) artilleriya sistemi, 355 (+2) reaktiv yaylım atəşi sistemi, 182 (+1) hava hücumundan müdafiə sistemi, 268 (+0) təyyarə, 235 (+0) helikopter, 1129 (+15) PUA, 315 (+20) qanadlı raket, 15 (+0) gəmi, 3927 (+11) avtomobil texnikası və avtosistern, 136 (+0) xüsusi texnikası məhv edilib.

İşğalçılar ötən gün ən böyük itkisini Baxmut və Avdiv istiqamətlərində verib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən