Qazaxlar Putinin səfərinə etiraz etdilər

 15:22 12.10.2022     207

Qazaxıstanın Almatı şəhərində Rusiya prezidenti Vladimir Putinə qarşı etiraz aksiyası keçirilib.

Redaktor.az xəbər verir ki, bir qrup yerli sakin Putinin Qazaxıstana səfərinə etiraz olaraq, Rusiya konsulluğunun qarşısında toplaşıb. Aksiya iştirakçıları Rusiya liderinin əleyhinə şüarlar səsləndiriblər.

Əraziyə cəlb olunan polis əməkdaşları etirazçıları saxlayıb. Onların hansı istiqamətə aparılması haqda məlumat verilməyib.

Xatırladaq ki, Putin 12-14 oktyabr tarixlərində Qazaxıstanda səfərdə olacaq.