Estoniya dəniz limanlarına Rusiya gəmilərinə qadağa qoydu

 15:44 12.10.2022     535

Estoniyanın dəniz limanlarına Rusiyada qeydiyyatdan keçən gəmilərin girişi qadağan edilib.

Redaktor.az xəbər verir ki, məlumatı Estoniyanın “rus.err.ee” saytı yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynada apardığı müharibənin 8-ci ayında Estoniyanın nəqliyyat departamenti belə bir qərar qəbul edib.

Departamentin məlumatında vurğulanıb ki, bu, Avropa İttifaqı Şurasının oktyabrın 7-də Rusiyanın Ukrayna ərazisinə təcavüz etməsi ilə əlaqədar qəbul etdiyi qərara tam uyğun gəlir.

Vumart və Güvən reklamı Vumart Güvən