Putinə hədiyyə olunan qarpız-yemiş uşaq evinə verildi

 16:20 12.10.2022     849

Tacikistan lideri Emomali Raxmonun oktyabrın 7-də Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə - Putinin ad gününə gətirdiyi ekzotik meyvələr Rusiyanın şimal paytaxtının uşaq evlərinə verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezident administrasiyası məlumat yayıb.

Ötən cümə günü Strelnadakı Konstantinovski sarayının bütün ərazisi meyvələrlə bəzədilmişdi: qovun və qarpızdan piramidalar yığılmışdı.

"Tacikistanın rəhbəri Emomali Raxmon Vladimir Vladimiroviçə qeyri-adi hədiyyə - ölkəsindən gətirdiyi ekzotik meyvələr təqdim etmişdi. Tacik hədiyyələrilə dolu 6 yük maşını Sankt-Peterburqdakı uşaq evlərinə verilib. Bu hədiyyə uşaqlar üçün sürpriz olub”, - deyə Prezident Administrasiyasından bildirilib.