Çexiya rusların ölkəyə girişinə qadağa qoydu

 19:31 12.10.2022     300

Çexiya turist vizası olan rusların ölkəyə girişinə qadağa qoyacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.

Qadağa oktyabrın 25-dən tətbiq ediləcək.

"Turizm, idman və ya mədəniyyət məqsədi ilə Avropa İttifaqının hər hansı bir ölkəsi tərəfindən verilmiş Şengen vizası olan Rusiya Federasiyası vətəndaşlarının ölkəyə daxil olmasına icazə verilməyəcək", - Lipavski bildirib.

Nazirin sözlərinə görə, hər gün 200-ə qədər Rusiya vətəndaşı beynəlxalq hava limanı vasitəsilə Çexiyaya səfər edir.