Ukrayna ordusu ruslara dəhşət yaşatdı - Bir gündə 420 hərbçi, 6 helikopter, 33 PUA MƏHV EDİLDİ

 10:29 13.10.2022     875

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 63800 (+420) nəfər canlı qüvvəsi, 2511 (+6) tank, 5167 (+11) zirehli döyüş maşını, 1556 (+17) artilleriya sistemi, 357 (+2) reaktiv yaylım atəşi sistemi, 183 (+0) hava hücumundan müdafiə sistemi, 268 (+0) təyyarə, 240 (+6) helikopter, 1182 (+33) PUA, 316 (+0) qanadlı raket, 16 (+0) gəmi, 3935 (+9) avtomobil texnikası və avtosistern, 140 (+0) xüsusi texnikası məhv edilib.

İşğalçılar ötən gün ən böyük itkisini Kramatorsk və Kryvyi Rih istiqamətlərində verib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən