"Cavab daha sərt olacaq" - Volodin Kiyevi hədələdi

 12:05 13.10.2022     403

"Terror aktlarının bütün təşkilatçıları və icraçıları tapılmalı, müqavimət göstərənlər məhv edilməlidir".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Dünyanın heç bir yerində heç kim terrorçularla danışıqlar aparmır. Kiyev rejiminin terror hücumları davam edərsə, cavab daha sərt olacaq", - deyə o, Telegram kanalında yazıb.

Xatırladaq ki, bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə Ukraynada hərbi, rabitə və enerji obyektlərinə kütləvi yüksək dəqiqlikli silah zərbəsi endirdiyini elan edib. Bir neçə iri müəssisə elektrik təchizatı ilə bağlı problemlərə görə hasilatı dayandırıb və məhdudlaşdırıb, bir sıra rayonlarda elektrik enerjisinin kəsilib.

Şənbə günü səhər Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın bir neçə yanacaq çəni yanıb. Körpünün yarımadaya gedən yolunun iki hissəsi dağılıb, lakin Krımdan Krasnodar bölgəsinə gedən zolağın toxunulmaz qaldığı bildirilir. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bunu terror hücumu kimi qiymətləndirərək, hadisənin arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını bildirib. Hazırda Krım körpüsü ilə dəmir yolu hərəkəti bərpa olunub.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən