Rusiya Kiyevə İran PUA-ları ilə hücum etdi

 12:16 13.10.2022     271

Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev şəhərinə İran istehsalı olan dron-kamikadzelərlə (PUA) hücum edib.

Redaktor.az “ukrnews”a istinadla xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Dronlardan birinin vilayət ərazisinə düşməsi qeydə alınıb, lakin onun dəqiq yeri, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Xilasedicilər hadisə yerində çalışır.

Xatırladaq ki, dünən də Rusiyaya məxsus iki dron-kamikadze Vinnitsa vilayətinə hücum təşkil edib.

Rusiya ordusu 2 “Şahid-136” dronu vasitəsilə Vinnitsadakı Ladıjinsk İstilik Elektrik Stansiyasını vurub.