Ermənistan qadınları hərbi təlimlərə ÇAĞIRACAQ

 14:45 13.10.2022     174

Qadınlar tez-tez Ermənistan Müdafiə Nazirliyinə məktublar yazır, hərbi hazırlıq məsələsini qaldırırlar.

Redaktor.az xəbər verir ki, bu barədə oktyabrın 13-də hökumətin iclasında iştirak edən Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

“Bizim artıq hazırlanmış proqramımız var, yaxın vaxtlarda Müdafiə Nazirliyi bəyanat verəcək ki, Ermənistan vətəndaşı olan qadınlar müvafiq poliqonlarda qeydiyyatdan keçib hərbi silahlarla atəş təlimi keçə bilərlər. Bu, təbii ki, istəyə bağlıdır”, - Papikyan deyib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib: “Əgər söhbət bir aylıq məcburi hazırlıqdan gedirsə, o zaman bunu qadınlar üçün məsələn, 15 və ya 7 gün edə bilərik. Bildirək ki, bütün vətəndaşlardan danışırıqsa, bu dairəyə qadınlar da daxildir. Silahla tanış olmağın heç kimə zərər verdiyini düşünmürəm. Bu da elmdir, heç kimə zərəri olmaz”.