Ərdoğanla Putinin görüşü 1,5 saat çəkdi - YENİLƏNİB - FOTO

 15:41 13.10.2022     275

Ərdoğan və Putin arasında görüş başa çatıb.

Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, danışıqlar 1,5 saat davam edib. 

Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə isə, liderlər görüş zamanı Rusiya-Ukrayna münasibətlərinin nizamlanması məsələsini müzakirə etməyiblər.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğa Rusiya prezidenti Valdimir Putinlə görüşü başlayıb.

Redaktor.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş Qazaxıstanın paytaxtı Astanada rəsmi təmaslar çərçivəsində keçirilir.

Sammitin təşkil edildiyi Müstəqillik Sarayında keçirilən görüş mətbuata qapalı davam edir.

2