"Makron həmişə deyir ki, mənə votsapda zəng elə" - Zelenski

 17:32 13.10.2022     406

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla votsap (WhatsApp) messencerində danışdığını bildirib.

Redaktor.az-ın məlumatına görə, Ukrayna Prezidenti Almaniyanın ZDF telekanalına müsahibəsində Qərb ölkələrinin liderləri ilə ünsiyyətini “iPhone diplomatiyası” adlandırıb.

“Mənim Consonla (Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson) həqiqətən də yaxın münasibətim var idi. Conson, Duda (Polşa Prezidenti Andjey Duda), Gitanas (Litva Prezidenti Gitanas Nauseda), bunlar mənim zəng edə bildiklərimdir. Emmanuel Makron həmişə mənə deyir: “Sən mənə votsapda zəng elə”, - Zelenski bildirib.

Ukrayna Prezidenti adlarını çəkdiyi dövlət başçıları ilə tez-tez danışdığını da qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən