Səhiyyə nazirini oğurlamaq istədilər - FOTO

 17:52 13.10.2022     252

Almaniyada səhiyyə naziri Karl Lauterbaxi oğurlamağı planlaşdıran qadın saxlanılıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya Federal Prokurorluğu nəzarətə alınan terror təşkilatının rəhbəri olan Almaniya vətəndaşı Elizabet R-nin dövlətə xəyanət cəhdinin hazırlanmasına şərik olmaqda ittiham edir.

Elizabet R-nin Almaniya konstitusiyasını, əsas nizamını rədd edən və ölkənin avtoritar sistemə keçməsini müdafiə edən bir ideologiyaya sahib olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, təşkilatın Almaniyada vətəndaş müharibəsinə bənzər şərait yaratmağı və bununla da federal hökumətin və parlament demokratik nizamının devrilməsini təmin etməyi hədəflədiyi vurğulanıb.

Təşkilat elektrik obyektlərinə hücum, səhiyyə naziri Lauterbaxı oğurlamağı, zərurət yarandıqda isə mühafizəçilərini öldürməyi planlaşdırıb.

Təqsirləndirilən şəxsin bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bu ilin aprel ayında təşkilatın 4 üzvü həbs edilib.