İraqın yeni prezidenti seçildi - FOTO

 19:43 13.10.2022     520

İraqın Nümayəndələr Şurası (parlament) bu gün Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.

Redaktor.az xəbər verir ki, bu barədə İraqın "Rudau" telekanalı məlumat yayıb.

Gizli səsvermənin ikinci turunda Əbdüllətif Rəşid son ana qədər - İraqın hazırkı prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb.

Saleh səsvermənin yekun nəticələrini gözləmədən parlament binasını tərk edib.

Qeyd edək ki, kürd əsilli 78 yaşlı Rəşid Britaniyada təhsil almış mühəndisdir və 2003-2010-cu illərdə İraqın su ehtiyatları naziri olub. 

İLTİFAT

Sabiq nazir prezident seçildi 

Vumart və Güvən reklamı Vumart Güvən