Daha bir azərbaycanlı əsgər Ukraynada həlak oldu - FOTO
Daha bir azərbaycanlı Ukraynada şəhid olub.
Redaktor.az xəbər verir ki, bu barədə musavat.com məlumat yayıb.
Məlumatda bildirilir ki, Məmmədov Ruslan Hüseyn oğlu İzyum şəhərində minaya düşüb:
“O, 1984-cu ildə Ağdamda doğulub, 1992-dən məcburi köçkün həyatı yaşayıb. Anası ukraynalı olan Ruslanın ailəsi illərdir Xarkovda yaşayır. Ruslan bu gün uğrunda can verdiyi Ukrayna torpağına tapşırılıb”.














