İstanbulda əhaliyə fırtına XƏBƏRDARLIĞI

 20:02 14.10.2022     426

Türkiyənin İstanbul şəhərində fırtına ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Meteorologiya İdarəsi və İstanbul Valiliyi xəbərdarlıq ediblər.

Şənbə və bazar günləri aramsız yağışların leysan və güclü küləklə müşahidə ediləcəyi bildirilib.

İnsanlar tədbirli və ehtiyatlı olmağa çağırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən