Türkiyədə daş kömür mədənində partlayış baş verdi - VİDEO- YENİLƏNİB
Bartındakı mədəndə baş vermiş partlayış nəticəsində ən azı iki nəfər ölüb, 20 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
İlkin məlumatlara görə, partlayış təxminən 300 metr dərinlikdə baş verib.
Amasra şəhərinin meri Recai Çakırın sözlərinə görə, mədəndə metan partlayışı olduğuna dair şübhələr var.
***
Türkiyənin Bartın bölgəsində yerləşən daş kömür mədənində baş verən partlayış zamanı dağıntılar altında qalan 11 nəfər xilas edilib.
Redaktor.az xəbər verir ki, bu barədə partlayışın baş verdiyi Amasra rayonunun bələdiyyə sədri Recai Çakır deyib.
Bildirilib ki, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-si yaralı halda çıxarılıb.
Türkiyə Prezidentinin tapşırığı ilə enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gediblər (modern.az).
***
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.
Redaktor.az barədə "Haber Global"a istinadən xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.












