İran Ermənistanda avtomobil zavodu açmağa hazırlaşır

 13:20 15.10.2022     507

İranın ən böyük avtomobil istehsalçılarından biri Ermənistanda avtomobil buraxacaq müəssisə yaratmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu  İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əliriza Peyman Pak bildirib.

Peyman Pak bu məsələ ilə bağlı Ermənistanın İqtisadiyyat Nazirliyi ilə İran Ticarət Nazirliyi arasında müzakirələr aparıldığını deyib.

İranın ticarət nümayəndə heyəti yaxın günlərdə Ermənistanda İran ticarət mərkəzinin açılışı üçün İrəvana səfər edəcək.