Bu ölkədə atları çipləməyə başladılar

 20:52 15.10.2022     429

Qazaxıstanın Narın vilayətinin At-Başinski rayonunda atların çiplənməsi işləri aparılır.

Redaktor.az bu barədə yerli KİV-ə istinadla xəbər verir.

Bildirilir ki, bir atın qiyməti 150 manatdır.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, çipləmə prosedurundan keçməyən mal-qara bazara buraxılmayacaq.

Heyvan bazarına atları aparan avtomobillər yoxlanılacaq.

Statistikaya görə, At-Başı rayonunda 32 min 176 baş at var. Bu günə qədər 56%-i və ya 17 917-si mikroçiplənib.

Baytarlıq xidmətinin rayon şöbəsinin mütəxəssisləri kənd hökuməti və baytar həkimləri ilə birlikdə noyabrın 1-dək görülən işləri 100 faiz yerinə yetirməyi planlaşdırırlar (publika.az).

Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Vumart və Güvən reklamı Vumart Güvən