ABŞ-da atışma olub, ölənlər var

 09:07 16.10.2022     162

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Redaktor.a xəbər verir ki, bu barədə bazar günü yerli polis bölməsi tviterdə məlumat yayıb.

Polisin məlumatına görə, iki qadın və bir kişinin öldüyü təsdiqlənib. Daha bir nəfər xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.