Belqorod poliqonunda kütləvi qətllə bağlı YENİ FAKTLAR - FOTO

 14:40 16.10.2022     382

Məlum olduğu kimi, oktyabrın 15-də Rusiya Federasiyasının Belqorod vilayətində hərbi poliqonda kütləvi qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qeyri-rəsmi mənbələrə görə, qətl səhər saatlarında baş versə də, Rusiya Müdafiə Nazirliyi bunu yalnız axşam saatlarında açıqlayıb.

Nazirlik 15 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını iddia edir. Müdafiə Nazirliyi həmçinin bildirib ki, şənbə günü könüllülərin iştirakı ilə atış təlimi zamanı "MDB ölkələrindən birinin” iki vətəndaşı şəxsi heyətə atəş açıb. Müdafiə Nazirliyinin açıqlamasına görə, atəş aşanlar öldürülüb. 

Sota” nəşri hadisənin şahidinə istinadən 22 ölü və 16 yaralı olduğunu haqqında yazır. 

Nəşr həmçinin qeyd edir ki, onun mənbəsi atəş açanların üç nəfəe olduğunu və onlardan birinin qaçmağı bacardığını iddia edir. 

Hücum edənlərdən ikisinin avtomat, birinin pulemyotu olduğu qeyd edilir. 

Bu gün sosial şəbəkələrdə hərbi poliqondan fotolar yayılıb. Atəş açanlardan birinin tacik əsilli Amizon Taciddin olduğu deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən