Mask ukraynalılara pulsuz internet verəcək

 15:25 16.10.2022     415

Ukrayna yenidən "Starlinq"peyk bağlantısı vasitəsilə pulsuz internet əldə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikalı milyarder, "SpaceX" şirkətinin rəhbəri İlon Mask qərar qəbul edib.

O deyib ki, şirkət çox miqdarda pul itirsə də, lakin o, bu məsələni gerçəkləşdirmək niyyətindədir:

“Baxmayaraq ki, “Starlink” hələ də pul itirir və digər şirkətlər milyardlar alır, biz isə Ukrayna hökumətini pulsuz maliyyələşdirməyə davam edəcəyik”.