İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verəcək

 20:12 16.10.2022     728

İran Ukraynaya qarşı müharibə üçün yer-yer tipli ballistik raketləri Rusiyaya ötürməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Washington Post”a iki amerikalı məmur məlumat verib.

Onların sözlərinə görə, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatı belə nəticəyə gəlib.

Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar.

Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır. Bu qısamənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir.