ABŞ nüvədaşıyıcı hərbi təyyarələri Rumıniya səmasında göründü

 22:55 16.10.2022     775

ABŞ-ın “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin “F/A-18E Super Hornet” qırıcı-bombardmançı təyyarələri Rumıniya səmasında təlim uçuşları həyata keçirib.

Redaktor.az xəbər verir ki, uçuşlar NATO-nun “Neptun Strike” təlimləri çərçivəsində baş tutub. Bu təlimlərə Rumıniyada müvəqqəti yerləşdirilmiş Kanadanın “CF-18 Hornet”s qırıcıları da cəlb edilib.

Qeyd edək ki, Şərqi Aralıq dənizində yerləşən “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu Balkanlar yaxınlığında fəaliyyət göstərir.

 

Vumart və Güvən reklamı Vumart Güvən