Bayden İranda xaosu alovlandırır - Rəisi

 23:25 16.10.2022     324

ABŞ Prezidenti Co Baydenin bəyanatları İranda terror və xaosu alovlandırır.

Redaktor.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib. 

"Amerikalılar İran xalqının yenilikçi və yaradıcı addımına qəzəblənir, respublikadakı çatışmazlıqlar və ya problemlərə görə sevinc və xoşbəxtlik hiss edirlər”, - Rəisi bildirib.

Qeyd edək ki, ABŞ İrandakı etirazları rəsmən dəstəklədiyini elan edib.