Ruslar Kiyevə kamikadze dronlarla hücum etdi - VİDEO

 09:22 17.10.2022     479

Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

Redaktor.az UNİAN-a istiadən xəbər verir ki, paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” - deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Çekası şəhərində İran istehsalı olan kamikadze dronu məhv edilib.