Kiyevdə bütün təhsil müəssisələri onlayn tədrisə keçdi

 10:23 17.10.2022     184

Rusiyanın müntəzəm raket hücumları fonunda Kiyevdəki təhsil müəssisələri distant tədrisə keçib.

Redaktor.az xəbər verir ki,  bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası (KMDA) məlumat yayıb.

“Tədris prosesi başlamazdan əvvəl hava xəbərdarlığı elan edildiyi üçün paytaxtdakı bütün təhsil müəssisələri distant iş rejiminə keçib”, - məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 17-də səhər tezdən işğalçı qüvvələr Ukrayna paytaxtına dronlarla hücum edib. 

Həmidə İbrahimova