Son sutkada Ukraynada 26 İran PUA-sı məhv edildi

 10:37 17.10.2022     393

Ukraynanın cənubunda ötən sutka ərzində İran istehsallı 26 “Şahed” kamikadze dronu zərərsizləşdirilib.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

Bildirilib ki, dronlar zenit-raket bölmələri və qırıcıların köməyi ilə məhv edilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın şəhərlərini İran istehsallı PUA-larla hədəf aldığını söyləyib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən