Ukraynada son sutkada 320 işğalçı MƏHV EDİLDİ - FOTO

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 65320 (+ 320) nəfər canlı qüvvəsi, 2537 (+8) tank, 5205 (+12) zirehli döyüş maşını, 1599 (+10) artilleriya sistemi, 366 (+1) reaktiv yaylım atəşi sistemi, 187 (+1) hava hücumundan müdafiə sistemi, 268 (+0) təyyarə, 240 (+0) helikopter, 1241 (+17) PUA, 316 (+0) qanadlı raket, 16 (+0) gəmi, 3969 (+ 10) avtomobil texnikası və avtosistern, 144 (+1) xüsusi texnikası məhv edilib.
İşğalçılar ötən gün ən böyük itkisini Baxmutski və Avdiv istiqamətlərində verib.
Nərmin VÜQARQIZI
