Ermənistanda SARS-a yoluxanların sayı ARTDI
Ermənistanda SARS -a yoluxma hallarında cüzi artım, əksinə, koronavirusa yoluxma səviyyəsində azalma var.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan qripə qarşı peyvənd olunduqdan sonra jurnalistlərə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, peyvənd ilk növbədə risk qrupuna daxil olan vətəndaşlar - 12 yaşa qədər uşaqlar, xroniki xəstəlikləri olan və 65 yaşdan yuxarı insanlar üçün vacibdir.
"Hazırda SARS -a yoluxma hallarında cüzi artım mövsümlə bağlıdır. Noyabr-dekabr aylarında xəstələrin artacağını gözləyirik ki, bu da qarşıdan gələn hava dəyişikliyi ilə bağlıdır", - Avanesyan bildirib.
Nərmin VÜQARQIZI












