Rusiyada qırıcı təyyarə yaşayış binasının üzərinə düşdü - Ölən və yaralananlar var - YENİLƏNİB

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib.
Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.
***
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
***
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.
Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.