Ruslar 100-dən çox əsir qadını azad ETDİ

Ukrayna 108 qadını Rusiyanın əsirliyindən azad edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Biz bu gün daha bir genişmiqyaslı məhbus mübadiləsi həyata keçirə bildik. 108 qadını əsirlikdən azad etdik. Bu, ilk qadın mübadiləsi idi", - deyə Yerman vurğulayıb.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik 110 hərbi əsirin Rusiyaya qaytarıldığını açıqlayıb.