Rusiya Ermənistanın qazını kəsəcək - SƏBƏB

 22:23 17.10.2022     553

Oktyabrın 18-19-da Rusiyadan Ermənistana qaz verilişi təmirlə əlaqədar dayandırılacaq.

Redaktor.az "İnterfax"a istinadən xəbər verir ki, "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri aparılacaq.

Bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.

Qeyd edək ki, “Qazprom” Ermənistana təbii qazın yeganə tədarükçüsüdür.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən