Rusiyada qırıcı qəzasında ölənlərin sayı kəskin ARTDI
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Onlardan üçü uşaqdır.
Redaktor.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova məlumat verib.
Hadisə nəticəsində ümumilikdə 43 nəfər, o cümlədən 11 uşaq zərər çəkib.
***
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.
Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.












