Ruslar Nikolayevə S-300 raketləri atdılar, ölən var

 09:35 18.10.2022     438

Gecə saatlarında rus işğalçıları Ukraynanın Nikolayev şəhərinə S-300 raketləri atıblar, iki mərtəbəli evin dağıntıları altından kişi cəsədi tapılıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə öz Teleqramında Nikolayev vilayət hərbi administrasiyasının sədri Vitali Kim bildirib.

"Gecə Nikolayev yenidən S-300 raketləri ilə atəşə tutulub. İki mərtəbəli evdə zərbə olub. Dağıntılar altından kişi cəsədi tapılıb, xilasetmə və axtarış tədbirləri davam etdirilir".

Kim həmçinin qeyd edib ki, saat 06:20-yə olan məlumata görə, şəhərdə elektrik enerjisinin verilişi bərpa olunub.

O, həmçinin bildirib ki, düşmənin hücumu nəticəsində gül bazarı dağıdılıb. Ölən və yaralananlar olmayıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən