Ukraynada silsilə partlayışlar baş verdi
Bu gün səhər saatlarında rus işğalçıları Ukraynanın Xarkov şəhərinə hücum ediblər.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib. Onun sözlərinə görə, şəhərdə bir neçə partlayış baş verib.
"Xarkov atəş altındadır - beş dəqiqə ərzində şəhərdə iki silsilə partlayış baş verib. İlkin məlumata görə, şəhərin sənaye müəssisələrindən birinin ərazisi hücuma məruz qalıb", - o deyib.
Nərmin VÜQARQIZI












