Ukraynada Rusiyanın daha 530 hərbçisi, 35 PUA-sı MƏHV EDİLDİ - FOTO

 10:20 18.10.2022     514

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 65850 (+530) nəfər canlı qüvvəsi, 2548 (+11) tank, 5219 (+14) zirehli döyüş maşını, 1622 (+23) artilleriya sistemi, 372 (+6) reaktiv yaylım atəşi sistemi, 188 (+1) hava hücumundan müdafiə sistemi, 268 (+0) təyyarə, 242 (+0) helikopter, 1276 (+35) PUA, 318 (+2) qanadlı raket, 16 (+0) gəmi, 3985 (+ 16) avtomobil texnikası və avtosistern, 144 (+0) xüsusi texnikası məhv edilib.

Nərmin VÜQARQIZI

2