Rusiya ordusu Ukraynaya ballistik raketlər atdı

 12:11 18.10.2022     237

Rusiya ordusu Ukraynanın şimalına ballistik raketlər atıb.

Redaktor.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığından bildirilib.

Qeyd olunub ki, Ukraynanın cənubuna isə “Kalibr” raketləri ilə hücum edilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Nikolayev, Jitomir, Dnepr və Xarkova hücum etmələri barədə məlumat verilmişdi.