Avstraliya Qüdsü İsrailin paytaxtı kimi TANIMADI

 14:26 18.10.2022     547

Avstraliyada əvvəlki hökumətin Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ləğv edilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu məlumatı ölkənin xarici işlər naziri Penni Vonq təsdiqləyib.

Belə ki, oktyabrın 18-də Vonq tərəfindən yayılan bəyanatda Avstraliyanın hazırkı hökumətinin Qüdsün yekun statusunu sülh danışıqları ilə həll olunacaq məsələ kimi gördüyü bildirilib.

“Bu, Skott Morrisonun hökumətinin Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımasını ləğv edir”, - deyə sənəddə qeyd edilib.

Nazir vurğulayıb ki, Avstraliya səfirliyi həmişə Təl-Əvivdə olub və orada da qalır.

 

Vumart və Güvən reklamı Vumart Güvən