Təbrizdə daha bir tanınmış azərbaycanlı vəkil HƏBS OLUNDU
Tanınmış güney azərbaycanlı vəkil Əmir Mehdipur həbs edilib.
Redaktor.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bununla da Təbriz Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının saxlanılan azərbaycanlı vəkillərinin sayı 3-ə çatıb.
İran rejiminin məhkəmə və təhlükəsizlik orqanları Təbriz məhbuslarını müdafiə etmək üçün “müdafiə komitəsi” yaradan 15 azərbaycanlı vəkili həbs etməyi planlaşdırır.
İndiyədək 3 azərbaycanlı vəkil, yəni Sina Yusefi, Vəkil Qasim Dodi və Əmir Mehdipur saxlanılıb.












