İllərlə ayrı qalan bacı-qardaş bir-birini Tvitterdə tapdı

 03:22 19.10.2022     528

22 yaşlı qadın Tvitterdə qardaşını axtardığını bildirdikdən sonra ölkənin bütün sosial şəbəkə istifadəçiləri səfərbər olub. Bir neçə gün sonra bacı və qardaş görüşüb.

Redaktor.az xəbər verir ki, hadisə Fransada baş verib.

Fransa mətbuatı yazır ki, uşaqlar kiçik ikən anaları imkansızlıq üzündən onları ailəyə verib. Bacı-qardaş sonradan bir-birini tapsalar da 10 il əvvəl yenə əlaqə itib. Bu dəfə isə onlar bir daha əlaqəni kəsməməyə söz veriblər.