Ukraynada işğalçıların daha 430 hərbçisi, 1 təyyarəsi MƏHV EDİLDİ - FOTO
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 66280 (+430) nəfər canlı qüvvəsi, 2554 (+6) tank, 5235 (+16) zirehli döyüş maşını, 1637 (+15) artilleriya sistemi, 372 (+6) reaktiv yaylım atəşi sistemi, 189 (+1) hava hücumundan müdafiə sistemi, 269 (+1) təyyarə, 242 (+0) helikopter, 1286 (+10) PUA, 323 (+2) qanadlı raket, 16 (+0) gəmi, 3999 (+ 14) avtomobil texnikası və avtosistern, 146 (+2) xüsusi texnikası məhv edilib.
İLTİFAT













