İranın təlimlərə apardığı hərbi texnika qəzaya səbəb oldu: Ölənlər var - FOTO

 16:15 19.10.2022     289

İranın Araz çayının yaxınlığında keçirdiyi təlimlər üçün daşıdığı hərbi texnika qəzaya səbəb olub.

Redaktor.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, SEPAH-a məxsus artilleriya qurğularını daşıyan hərbi maşının sürücüsü idarəetməni itirib və yoldan çıxıb. Nəticədə maşın əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub. Qəza səbəbindən iki nəfər həlak olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.

Qeyd edək ki, Güney Azərbaycandan olan fəallar ümumiyyətlə SEPAH-a məxsus texnikaların son 4 gündə bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirirlər.