Tacikistan Qırğızıstanla müharibəyə hazırlaşır? - FOTO

 23:15 19.10.2022     264

Tacikistan Qırğızıstanın sərhədi yaxınlığında döyüş mövqeləri hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb.

Qeyd olunub ki, tacik hərbçiləri Qırğızıstanla sərhədin bütün perimetri boyu xəndəklər qazırlar.

Həmçinin Qırğızıstan tərəfi sərhədi pozaraq kəşfiyyat aparan pilotsuz uçan aparatlardan istifadə olunması ilə bağlı 10 fakt aşkarlayıb.

Bundan əvvəl Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov sülhün qorunması üçün Tacikistanla sərhəddə KTMT qüvvələrinin yerləşdirilməsini təklif edib.

22