Əjdaha görünüşlü naməlum varlıq təəccübləndirdi - FOTO

 09:48 20.10.2022     552

Rusiyanın Aleksandrovsk-Saxalinskiy sahillərində naməlum nəhəng heyvan qalıqları tapılıb. Onun şəkilləri sosial şəbəkələrdə yayılıb.

Redaktor.az xəbər verir ki, istifadəçilər arasında böyük maraq doğuran kadrlar müzakirələrə səbəb olub.

Belə ki, bəziləri onu filmlərdəki əjdahaya, digərləri dinozavrlar nəslindən gələn balığa bənzədiblər. 

Bir qism isə bu naməlum varlığın kaşalot olması ilə bağlı fikir yürüdüb.