Kadırov oğlanlarının Ukraynada döyüşdüyünə dair  VİDEO YAYDI

 11:02 20.10.2022     324

Çeçenistanın rəhbəri Ramzan Kadırov iddia edir ki, onun azyaşlı oğulları Ukraynaya qarşı müharibədə iştirak edir.

Redaktor.az xəbər verir ki, Kadırov özünün Telegram kanalında oğlanlarının guya, ukraynalı döyüşçüləri atəşə tutduqlarını idda edən bir video yerləşdirib.

Qeyd edək ki, Kadırov oktyabrın 3-də oğullarını (Adəm, Əli və Əhməd - 14, 15 və 16 yaşlı) Ukraynaya qarşı qanlı müharibəyə göndərəcəyini açıqlamışdı.

Çeçenistan rəhbərinin sözlərinə görə, onun övladları hazırda şiddətli döyüşlərin getdiyi təmas xəttindədir. Kadırov iddia edir ki, onlar "Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə yaxınlaşaraq irəliləyən döyüşçüləri atəşdən qoruyublar".

Çeçenistan rəhbərinin sözlərinə görə, onun oğlanlarını səngərdə, guya “Axmat” alayının komandiri Zamid Çalayev müşayiət edir.

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya tərəfindən də ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyası 15 yaşdan kiçik uşaqların hərbi əməliyyatlarda iştirakını qadağan edir, bu, müharibə cinayəti sayılır.

Ramzan Kadırov deyir ki, müharibədə 20 min çeçen iştirak edir.