Erməni cinayətkardan vəhşilik - Rusiyalı kişinin əllərini doğradı, ayaqlarını güllələdi - FOTO

 11:29 20.10.2022     355

Rusiyanın İrkutsk vilayətində mütəşəkkil cinayətkar dəstənin lideri 35 yaşlı Miro Usuboviç Miroyan federal axtarışa verilib.

Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, o və dəstəsinin üç üzvü yerli sakini qəddarlıqla döyüb, əlini maçete ilə kəsib, ayaqlarına isə bir neçə dəfə atəş açıb.

İstintaq Komitəsinin məlumatına görə, yerli sakin onlardan xilas ola bilib.

Hücumun səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, cinayətkar dəstənin iki üzvü artıq həbs edilib.

Onlar “adam öldürməyə cəhd”də ittiham olunurlar.

Miroyanın axtarışları davam edir.

Tunar Altunbay

 

 

Vumart və Güvən reklamı Vumart Güvən